ŞƏMKİRDƏ DƏHŞƏTLİ OLAY - 19 yaşlı gənc qətlə yetirildi / YENİLƏNİB 1

Şəmkirdə gənc oğlanı qətlə yetirən şəxs tutulub.

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılıb.

***09:47

Şəmkirdə 19 yaşlı qətlə yetirən şəxsin kimliyi məlum olub.

Məlumata görə, qətlə yetirilən rayonun Səməd Vurğun qəsəbə sakini 2007 R.Quliyevi Kür qəsəbəsi sakini 2010-cu il təvəllüdlü F.Paşazadə aralarında baş verən mübahisə zamanı bıçaqlayaq öldürüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

***09:35

Şəmkirdə qətlə hadisə baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki rayon sakini 2007-ci il təvəllüdlü R.Quliyev bıçaqlanıb. Gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./APA