Bakıda sürücülər arasında qalmaqal: yolunu kəsib təhqir etdi

Bakının Tbilisi prospektində sürücülər arasında mübahisə yaranıb.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

“Toyota Prius” markalı 77-GS-319 dövlət nömrə nişanlı avtomobilin sürücüsü digər avtomobilin sürücüsünə qarşı qeyri-etik ifadələr səsləndirərək, nəqliyyat vasitəsinin şüşəsinə yumruq vurub.

Hadisənin baş vermə səbəbi isə bilinmir. 

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirdi ki, sözügedən hadisədən məlumatlıdırlar:

“Məsələ ilə bağlı araşdırma aparılır”./oxu.az