Bu gün səhər saat saatlarında Xəzər rayonu, Binə qəsəbəsində sərnişin avtobusu yanıb.
FHN-dən Stopnarkotik.az-a bildirilib ki, hadisə vaxtı BMC markalı avtobusun yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***09:13
Xəzər rayonu, Binə qəsəbəsində sərnişin avtobusu yanıb.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında 160 nömrəli marşrut avtobusunda qeydə alınıb.
Hələlik hadisənin baş vermə səbəbi və xəsarət alanlar barədə məlumat yoxdur.
Hadisə ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.