Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO

Bakıda şəhid ailəsini təhqir edən həbs edilib

Stopnarkotik.az Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonunda cəmiyyətə açıq hörmətsizlik edərək nümayişkəranə şəkildə şəhid ailəsinin üzvlərini təhqir edən 42 yaşlı N.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə N.Qədirov inzibati qaydada həbs edilib.