Yanvarın 10-da səhər saatlarında Nəsimi rayonu ərazisində bir qadının içərisində mobil telefonu, sənəd və bank kartı olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini Teymur Abasquliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.