Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya ləğv olundu

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.

Stopnarkotik.az xəbər verir ki, 2002-ci ildən fəaliyyət göstərən federasiya bu dövr ərzində Naxçıvanda titullu şahmatçılar, Avropa çempionları və mükafatçıları, dəfələrlə Azərbaycan çempionları, bir çox beynəlxalq şahmat turnirlərinin qalibi olmuş şahmatçılar yetişdirib. Federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub.

Qeyd edək ki, federasiyaya Naxçıvan MR-in Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov rəhbərlik edirdi.