Narkotik daşıyan gəmi saxlanıldı - 50 MİLYON DOLLARLIQ KOKAİN ƏLƏ KEÇİRİLDİ

Salvadorda hüquq-mühafizə orqanlarının əməkdaşları respublika sahillərində iki ton kokaini müsadirə ediblər.

Stopnarkotik.az xəbər verir ki, bu haqda Salvador prezidenti Nayib Bukele “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, Estero Jaltepeque körfəzindən 752 km cənub-qərbdə 3 kolumbiyalının 50 milyon dollar dəyərində narkotik daşıdığı gəmi saxlanılıb.

Bukele qeyd edib ki, son səkkiz ay ərzində Salvador hüquq-mühafizə orqanları beynəlxalq sularda təxminən 380 milyon dollar dəyərində olan 15 tondan çox kokain ələ keçirib.