Bakıda olay: Ərinin öldürmək istədiyi qadın ayaqyalın sığınacağa qaçdı

Bakıda həyat yoldaşının zorakılığından qaçan qadın övladı ilə birlikdə sıınacağa gedib. 

Stopnarkotik.az Cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, qadın və övladı sığınacağın yaxınlığında, daş üzərində oturarkən aşkarlanıblar. 

Psixoloq qadını sığınacağa dəvət edib. Söhbət zamanı aydın olub ki, əri onun üzərinə bıçaq çəkib və öldürmək istəyərkən yalınayaq evdən qaçıb. 

Qadın və övladı dərhal qida, geyimlə təmin edilərək sığınacağa qəbul ediliblər.