Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutuldu

Nəsimi rayonu H.Seyidzadə küçəsində yerləşən marketlərin birindən ödəmə terminalından pul vəsaitinin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən E.Heybətov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.