Bakıda kafedə dava: 1 nəfər bıçaqlandı

Bakıda kafedə dava baş verib.

Hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsində baş verib. 

Belə ki, həmin ərazidə yerləşən “777” adlı kafedə Kazımov Aqşin Aydın oğlu aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı üzərində olan bıçaqla qəsdən tanışı Hüseynov Ramil Rauf oğlunu vuraraq ağır xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılıb. Kazımov Aqşin Aydın oğlu şübhəli şəxs qismində saxlanılıb.