Bakıda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapıldı - YENİLƏNİB

Bakının Binəqədi rayonunda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, itkin düşdüyü üçün axtarışda olan 2017-ci il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq tapılıb. Azyaşlı ailəsinə təhvil verilib.

 

***09:54

 

Bakının Binəqədi rayonunda autizm xəstəsi olan yeddi yaşlı uşaq itkin düşüb.

Stopnarkotik.az xəbər verir ki, Biləcəri qəsəbəsi, DSK yolu nömrəsiz evdə yaşayan, autizm xəstəliyi olan, 2017-ci il təvəllüdlü Mehman Məmmədov ötən gün yaşadılğı evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.