Bakıda intihar hadisəsi olub.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. 59 yaşlı Dadaşzadə Elxan Qılman oğlu küçədə qaz borusundan məftil ilə özünü asaraq, həyatına son qoyub.
Məlumata əsasən, E. Dadaşzadə ailəsindən və qohumlarından ayrı tüfeyli həyat tərzi keçirib. Onun qaz borusundan asılmış meyitini qonşuları aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.