Bakıda güclü külək hasarı aşırdı - ÖLƏN VAR / YENİLƏNİB

Bakıda küləkli hava şəraiti ilə əlaqədar bir nəfər kişinin həkiməqədər ölüm faktı ilə bağlı təfərrüatlar məlum olub.

Stopnarkotik.az xəbər verir ki, kişi üzərinə hasarın aşması nəticəsində həyatını itirib.

Hadisə Xətai rayonu, Zeytun küçəsində baş verib. Hasarın aşması səbəbindən 1980-ci il təvəllüdlü Rüfət Səhrad oğlu Qasımov ölüb.

***10:47

Küləkli hava şəraiti ilə əlaqədar bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, güclü küləyə görə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə beş çağırış daxil olub.

Onlardan 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir nəfərin isə ölüm faktı qeydə alınıb.