Bakıda gənc qız intihar edib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Həsən bəy Zərdabi prospektində baş verib.
28 yaşlı Hacıyeva Şərqiyyə Adil qızı yaşadığı mənzildə intihara cəhd edib. Zərərçəkən təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, orada ölüb.
İlkin araşdırma zamanı onun mənzilində intihar etməsi ilə bağlı məktub da tapılıb.
Faktla bağlı araşdırma aparılır.