Bakıda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, sentyabrın 18-də Bakıxanov qəsəbəsindəki mənzillərin birindən 1500 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Vəlixanov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş F.Musayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.