Bakıda evdən 40 min manatlıq oğurluq edən şəxs ələ keçdi

Bakıda evlərin birindən külli miqdarda pul və qızıl zinət əşyası oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, avqustun 4-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 8.500 manat, 11.000 dollar pul və 13.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Abbas Ələkbərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.