Bakıda qadın binadan yıxılaraq ölüb.
Hadisə Nərimanov rayonu, A.Nemətulla küçəsində qeydə alınıb.
67 yaşlı Qərənfil İdris qızı Sadıqova yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraqq dünyasını dəyişib. Onun parkinson xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Araşdırma aparılır./lent.az