Bakının Xəzər rayonunda iki nəfər arasında dava birinin xəsarətinə səbəb olub.
Hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
1984-cü il təvəllüdlü Əliyev Rahim Məzahim oğlu tanışı ilə dava zamanı bıçaq xəsarətləri alıb. O, döş qəfəsinin kəsilmiş deşilmiş- xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.