Bakıda binanın bloku çökdü: sakinlər evdən çıxa bilmir - VİDEO

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində binaların birində birinci mərtəbədə blok çöküb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə oxu.az-a sakinlər müraciət ediblər.

Sakinlər qeyd ediblər ki, birinci və ikinci mərtəbədə yaşayanlar binadan çıxa bilmirlər. Bunun üçün liftlə yuxarı qalxıb, yenidən aşağı düşməlidirlər.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.