Bakıda 4-cü sinif şagirdi tapıldı - FOTO / YENİLƏNİB

Bakıda itkin düşən məktəbli tapılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda itkin düşmüş kimi axtarışa elan olunan azyaşlı polis əməkdaşları tərəfindən "Playstation" oyun salonunda tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edilir ki, onun itkin düşməsində kriminal tərkib yoxdur.

*** 21:54

Bakıda 4-cü sinif şagirdi itkin düşüb.

Stopnarkotik.az xəbər verir ki, Bakının Əhmədli qəsəbəsində 4-cü sinif şagirdi Əlizadə Ayxan Zəfər oğlu itkin düşüb.

Bu barədə saytımıza onun yaxınları məlumat verib.

A.Əlizadənin son dəfə Əhmədli qəsəbəsi, Sarayevo küçəsi istiqamətində, Neapol dairəsi və 171 nömrəli məktəbin yaxınlığında görüldüyü bildirilir.

O, fotodakı geyimdə olub.

Onu görənlərdən və ya məlumatı olanlardan xahiş olunur ki, dərhal 077 733 05 05 nömrəsi ilə əlaqə saxlasınlar.

**