Bakıda 23 yaşlı gənc 1 kiloqram narkotiklə saxlanıldı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 23 yaşlı İ.Vəliyev saxlanılıb. Onun üzərindən 1 kiloqrama yaxın psixotrop maddə tiryək aşkarlanaraq götürülüb. 

Araşdırma aparılır.