Bakı-Gürcüstan sərhədi avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrinin sol tərəfində (Ucar ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar 24 sentyabr tarixdən başlayaraq təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

Stopnarkotik.az xəbər verir ki, sürücülər qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalı, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etməlidilər.