BƏƏ hava limanları qeyri-leqal pul və qaçaqmal daşınma mərkəzlərinə çevrilib

BƏƏ hava limanları pul qaçaqmalçılığı üçün istifadə olunur. Belə ki, bu ölkənin beynəlxalq hava limanlarında sərnişinlər hər il 100 milyard dollara qədər nağd pul qaçırırlar.
Hava qaçaqmalçılığının bu qədər böyük həcmdə olmasının səbəblərindən biri də banklarda təhlükəsizlik qaydalarının sərtləşdirilməsidir.
Bundan əlavə, heç də bütün ölkələr vətəndaşlardan sərhədi keçərkən xarici valyutada pul bəyan etmələrini tələb etmir. Bu boşluqlar, Britaniya hüquq-mühafizə orqanlarına görə, milyardlarla dollar nağd pulun Böyük Britaniyadan və digər ölkələrdən çıxarılmasına imkan verir.
Eyni zamanda, BƏƏ-nin rəsmi nümayəndəsi "The Wall Street Journal" ilə söhbətində bildirib ki, Dubay Londonla qarşılıqlı əlaqə də daxil olmaqla qeyri-qanuni maliyyə axınlarına qarşı mübarizə tədbirlərini gücləndirməkdə davam edir.
Eyni zamanda, “Emirates” aviaşirkətinin nümayəndəsi bildirib ki, qaçaqmalçılığın müəyyən edilməsi pulun götürüldüyü ölkənin hakimiyyətinin səlahiyyətindədir.

Stopnarkotik.az