Azərbaycandan ən çox səs kimə gedib? – Bakı və Gəncədə Ərdoğan, Naxçıvanda Kılıçdaroğlu qalib gəlib

Məlum olduğu kimi, ötən gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib.

İlkin nəticələrə görə, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,42 faiz səslə lider olsa da, seçim ikinci tura qalıb.

Qeyd edək ki, Türkiyədə keçirilən sayca 13-cü prezident seçkilərinə xaricdə yaşayan türklər də böyük maraq göstəriblər. Lakin Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesində iştirak faizi o qədər də yüksək olmayıb.

Azərbaycandakı Türkiyə səfirliyi və konsulluqlarında keçirilən səsvermədə 11 min 36 seçicinin cəmi 63 faizi yəni, 6650-si iştirak edib. Bu səslərin 6603-ü keçərli hesab olunub. Ümumi nəticələrə görə, Ərdoğan Azərbaycandan 49,4 faiz, Kılıçdaroğlu 41,9 faiz, Sinan Oğan 6,4 faiz səs toplayıb.

Ali Seçki Komissiyasının nəticələrinə əsasən, Bakı və Gəncədə R. T. Ərdoğan, Naxçıvanda isə Kamal Kılıçdaroğlu daha çox səs toplayıb.

Namizdlərin səs faizləri bu formada olub:

Bakı - R. T. Ərdoğan 47, 6%, K. Kılıçdaroğlu 44,8%, S. Oğan 5,8%;

Gəncə - R. T. Ərdoğan 66,8%, K. Kılıçdaroğlu 23,4%, S. Oğan 7%;

Naxçıvan - R.T Ərdoğan 33,5%, K. Kılıçdaroğlu 55,3%, S. Oğan 8,4%.

/Azpolitika.info/