Azərbaycanda universitetdə təhlükəli anlar - VİDEO

Azərbaycan Tibb Universitetində təhlükəli anlar qeydə alınıb.

Universitetin pəncərəsində təmizlik aparan qadın üçün heç bir təhlükəsizlik tədbirləri görülməyib.

Məsələ barədə ATU ilə əlaqə saxladıq.

Ali təhsil ocağının mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülərlə bağlı universitet məsuliyyət daşımır:

“Bizim universitet bu cür işlərin görülməsi üçün təmizlik şirkəti ilə müqavilə imzalayıb. Şirkət günü, işçi sayını özü tənzimləyir və nümayəndələrini təmizlik üçün göndərirlər. Bu cür hallarda məsuliyyət həmin təmizlik şirkətinin üzərindədir”.