Azərbaycanda tikinti şirkətinin 18 əməkdaşı xəstəxanalıq oldu... - ARALARINDA XARİCİ VƏTƏNDAŞLAR DA VAR

Şabranda kütləvi zəhərlənmə olub, 18 nəfər zəhərlənib.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, Şabran şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin işçiləri nahar fasiləsi zamanı yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər.

Təcili tibbi yardım briqadasının köməyilə 18 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Aralarında xarici vətəndaşlar da var.

Hazırda onların hansı şəraitdə zəhərləndiyi dəqiqləşdirilir.