Azərbaycanda sabiq bələdiyyə sədri öldürüldü - YENİLƏNİB

Astarada meşəlik ərazidə kişi meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 3-ü rayonun meşəlik ərazisində Astara rayon sakini, 1969-cu il təvəllüdlü Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

15:46

Astarada qətlə yetirilən şəxs müəllim və sabiq bələdiyyə sədri imiş.

“Report”un Cənub bürosunun məlumatına görə, iki gün əvvəl itkin düşdüyü bilinən və bu gün meşə massivində meyiti tapılan rayonun Dirya kənd sakini, 54 Eynəli Calal oğlu Əzizov əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Onun heyvandarlıq təsərrüfatının və ticarət obyektinin olduğu bildirilir.

Həmçinin E.Əzizov qətlə yetirildiyi qonşu Şümrüd kənd məktəbində vaxtı ilə müəllim işləyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Astarada itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, rayonun Dirya kənd sakini Eynəli Cəlal oğlu Əzizovun meyiti Şümrüd kəndinin ərazisində aşkarlanıb

Onun üzərində çoxsaylı kəsici-deşici alətlərin izləri müşahidə olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***12:03

Astara sakini itkin düşüb.

Astara rayonunun Pəlikeş inzibati ərazi dairəsinə aid olan Dirya kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizov srağagün axşam saat 7 radələrində evdən çıxıb və naməlum istiqamətə gedib. Onun evə gəlmədiyini görən yaxınları axtarışa başlayıblar. Bununla bağlı polisə müraciət edilib.

E.Əzizovun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.