Dünyada meymunçiçəyi virusu sürətlə yayılmağa davam edir. Bir müddət əvvəl Azərvbaycana meymunçiçəyi testlərinin gətirilməsi ilə bağlı xəbərlər yayılmışdı. Ölkəmizdə bu virusa yoluxma ehtimalı olan kiminsə olub-olmaması təşviş doğuran məsələlərdən biridir.
Stopnarkotik.az xəbər verir ki, mövzu ilə bağlı modern.az Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb
Qurumdan bildirilib ki, Azərbaycanda bu günə qədər meymunçiçəyinə şübhəli hallar qeydə alınmayıb:
“Belə hallar qeyd edildiyi təqdirdə Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi qaydalara əsasən həmin şəxslər test olunaraq laborator diaqnostika aparılacaq”.