"Naxçıvan" Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ali təhsil müəssisəsinin builki son kurs tələbələri müvafiq qaydada məzun olacaqlar: "Aşağı kurs tələbələri isə başqa universitetlərə köçürüləcək. Yəni tələbənin balı yüksəkdirsə, digər ali təhsil müəssisələri onun qəbul olduğu ildəki qəbul balına görə transfer edə bilər. Aşağı nəticəli tələbələr isə yaşayış yerinə yaxın universitetlərə köçürüləcək".