Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi - VİDEO

Azərbaycan səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə gedib.

Stopnarkotik.az xəbər verir ki, Azərbaycan diplomatı rəsmi çağırışdan sonra Rusiya XİN-ə gedib.

Rusiya KİV səfirin nazirlik binasına gəlməsinin görüntülərini yayıb.

Qeyd edək ki, Azərbaycan səfirinin Rusiya XİN-ə çağırılmasına səbəb kimi ötən gün Bakıda rusiyalı jurnalistlərin saxlanılması göstərilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) “Sputnik-Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı iki nəfər saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) əməkdaşları olduğu bildirilib.