2 iyul Azərbaycanda Polis Günüdür.
Stopnarkotik.az xəbər verir ki, bu gün Azərbaycan Polisinin yaranmasından 105 il ötür.
Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.
Qeyd edək ki, Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümü münasibətilə videoçarx hazırlanıb.
Stopnarkotik.az həmin videoçarxı təqdim edir: