Axtarışda olan cinayətkarın asılmış meyiti tapıldı - SAMUXDA ŞOK OLAY

Samuxda intihar baş verib. 

Hadisə rayonun Qədili kəndində qeydə alınıb.

Samux şəhər sakini, 47 yaşlı Vüsal Qəzənfər oğlu Əliyev rayonun Qədili kəndi ərazisindəki meşədə özünü asıb. 

Onun asılmış meyitini kənd sakinləri aşkar ediblər.

Məlumata görə, intihar edən V.Əliyev cinayət törətdiyi üçün axtarışda olub. 

O, bu ilin avqust ayında Gəncədə tanışı, 34 yaşlı Məmmədova Sevər Novruz qızına dəhrə ilə ağır xəsarət yetirib.

V.Əliyev hadisədən sonra qaçaraq gizlənib. O, törətdiyi cinayətə görə axtarışda imiş.

V.Əliyevin qorxaraq məsuyliyyətdən yayınmaq üçün intihar etdiyi ehtimal edilir. 

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır./lent.az