Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsində “KİA” markalı avtomobildən 20.875 manat oğurlanıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin ikinci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, orada işləyən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 24 yaşlı Y.İsazadə saxlanılıb.
Araşdırmalarla onun Buzovna qəsəbəsində iki evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib. Faktlarla bağlı araşdırma aparılır.