Narkotik tacirləri 20 ildən artıqdır ki, Afrika və Avropaya çatmaq üçün sualtı qayıqlardan istifadə edirlər, lakin biz indiyə qədər onlardan yalnız ikisini ələ keçirə bilmişik.
Stopnarkotik.az bildirir ki, bu barədə İspaniya Milli Polisinin Narkotiklərlə Mübarizə Briqadasının baş komissarı Antonio Martínes Duarte bildirir.
Kustar üsulla düzəldilmiş yüzlərlə sualtı qayığın Latın Amerikasından ABŞ-dan sonra ikinci ən böyük kokain bazarı olan Avropaya göndərildiyini və pandemiyadan sonrakı sakitlikdən sonra bazarın sürətlə böyüdüyünü düşünməyə əsas var.
Hətta deyilənə görə, Atlantik okeanının ortasında, Kanar və Azor adaları bölgəsində, yükləri uğurla təyinat yerinə çatdırıldıqdan sonra qəsdən batırılan kokain dolu sualtı qayıqların bütöv bir qəbiristanlığı da var.
Stopnarkotik.az