Belçika prokurorluq orqanları çərşənbə günü İtaliyanın nüfuzlu mafiya üzvlərinə qarşı geniş əməliyyata başlayıb.
Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, bir neçə Avropa ölkəsində İtaliyanın “Ndrangheta” mafiyasının 100-dən çox “şübhəli üzvü”nə qarşı kütləvi polis reydləri başlayıb.
Belçika prokurorluğu ölkə rəsmilərinin Avropa agentlikləri ilə koordinasiyalı şəkildə qurduğu istintaq çərçivəsində genişmiqyaslı əməliyyat zamanı təxminən 20 reyd keçirildiyini bildirib.
Üstəlik, Belçika ilə yanaşı, Fransa, Almaniya, İtaliya, Portuqaliya və İspaniyada da reydlər keçirilib.
Stopnarkotik.az