Avropa İttifaqı Gürcüstanla vizasız rejimi dayandıra bilər - AÇIQLAMA

Avropa İttifaqı “xarici təsir” qanunun qəbul edilməsinə cavab olaraq Gürcüstanla vizasız rejimin ləğvini nəzərdən keçirəcək.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

“Biz vizasız rejimin dayandırılması da daxil olmaqla bütün seçimləri nəzərdən keçirəcəyik, lakin mənim fikrimcə bu baş verməməlidir, Gürcüstan vətəndaşları cəzalandırılmamalıdır”, - səfir deyib.

Diplomat Aİ xarici işlər nazirlərinin iyunun 24-də Lüksemburqda görüşərək qərarı müzakirə edəcəyini bildirib.