Aradan götürülən narkobaronun yerinə yenisi gəldi - FOTO

Meksikanın "adlı-sanlı" Yeni Nəsil Xalisko Narkokartelinin (CJNG) başında duran El-Mençonun öldürülməsindən sonra kriminal qruplaşmanın başına yeni lider keçib.

Etibarlı mənbə təsdiqləyir ki, "El 03" kimi tanınan Xuan Karlos González Valensia ailəsi ilə birlikdə təşkilatı ələ keçirib.

Maraqlı detal isə budur ki, “El 03"-ün anası Rosalinda González Valensia, narkotik qaçaqmalçılarının kütləvi şəkildə ekstradisiyasından bir neçə ay əvvəl həbsdən azad edilib. Həmçinin, 2024 və 2025-ci illərdə onun iki əmisi, Arnulfo González Valensia və Ulises González Valensia azadlığa buraxılıb. Belə görünür, bütün "El 03" ailəsi köhnə lider "El Mencho"nun sui-qəsdindən bir az əvvəl azadlığa buraxılıb.

Əfsanəvi "Los Cuinis" təşkilatı (Valensiya ailəsinin rəhbərlik etdiyi CJNG-nin əvvəllər dağılmış maliyyə hücrəsi) yenidən fəaliyyətdədir.

Los Quinis dünyanın ən varlı cinayətkar təşkilatı - əsl çirkli pulların yuyulduğu imperiya hesab olunurdu.

El Mençonun aradan qaldırılması ilə kartelin dağılacağını düşünmək sadəlövhlük olar.

Stopnarkotik.az