“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” proqramında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Audiovizual Şuaradan məlumat verilib.
"Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Nigar Fərhad aparıcısı olduğu verilişdə "Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” fikirlərini səsləndirib və onun səsləndirdiyi fikirlər sosial şəbəkədə birmənalı qarşılanmayıb.