Antalya sahillərində naməlum 5 meyit tapıldı

Antalyanın Manavqat rayonundakı çimərlikdə cinsiyyəti məlum olmayan iki meyit tapılıb.

Stopnarkotik.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 4 gündə şəhərin müxtəlif yerlərində ümumilikdə 5 meyit aşkarlanıb.

Hadisə yerinə jandarma, sahil təhlükəsizlik və sağlamlıq qrupları sövq edilib. Cinsiyyəti müəyyən edilə bilməyən meyitlər müayinədən sonra Antalya Tibb Qurumuna aparılıb.