Anar Əsədliyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə dövlət ittihamçısı çıxış edib. O, Anar Əsədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi Anar Əsədlinin 4 il, 6 ay, 18 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb.