Amerikalı general-mayordan AÇIQLAMA: UKRAYNAYA VERDİYİMİZ SİLAHLAR NARKO-KARTELLƏRİN ƏLİNƏ KEÇİR

ABŞ-ın Ukraynaya təhvil verdiyi silahlar indi Meksika ilə sərhəddə öz əsgərlərinə qarşı istifadə oluna bilər.

Stopnarkotik.az xəbər verir ki, bunu istefada olan ABŞ general-mayoru Pol Valleli açıqlayıb.

“Artıq siz onları kartel adlandıra bilməzsiniz. Onlar Meksikanın geniş ərazilərinə nəzarət edən kiçik ordulardır. Meksika ordusu onların qarşısını almaqda acizdir. Ukraynadakı müharibədə istifadə edilən silahlar indi cənub sərhədimizin o biri tərəfində ortaya çıxır. Ştat qanunverici orqanında və nəzarətçilər şurasında seçilmiş rəsmilər bu barədə mümkün qədər tez nəsə etməlidir. Əgər bu kartellər birləşib cənub sərhəddini keçmək qərarına gəlsələr, bizim yerli şeriflərimizin və sərhəd patrulumuzun az vaxtda ayaqlarının altından yer qaçacaq. Onlar bu cür silahlı qüvvəyə tab gətirə bilməzlər. Qanunverici orqanlar və məsul şəxslər yerli şeriflərə və polis idarələrinə resurslar ayırmağa başlamalıdırlar ki, bu hadisə baş verəndə dərhal canlı qüvvə və təchizatları olsun”, deyə Pol Valleli bildirib.

Bu həftə isə ABŞ-ın cənub sərhədinin Texas tərəfində Meksika narko kartelinin silahlı üzvləri tutularaq  həbs edilib. “Fox News” xəbər verib ki, “del Noreste” narko kartelinə aid olduğu güman edilən beş nəfər Texas ştatının Fronton şəhərində “Texas İctimai Təhlükəsizlik, Milli Qvardiya və Sərhəd Patrul Departamenti” tərəfindən həbs edilib.

Qrupda bir neçə yeniyetmə də olub.

Sosial mediada paylaşılan bir videoda Meksikanın ən qədim cinayət sindikatı olan "Cartel del Golfo"dan bir atıcının çiynində ABŞ-ın Ukraynaya böyük miqdarda hədiyyə etdiyi M136 tank əleyhinə raketi daşıdığı görünür.

Silahların Ukraynadan Meksikaya əsas qərargahı ABŞ-la sərhəddə yerləşən Tamaulipas şəhərində olan və ABŞ-a narkotik qaçaqmalçılığı ilə də məşğul olan kartelin əlinə keçdiyi təxmin edilir. ABŞ-ın ukraynalılara bağışladığı silahlar indi Meksika ilə sərhəddə ABŞ əsgərlərinə qarşı istifadə oluna bilər.

Meksikanın ən qorxulu narko - kriminal qruplarından bəziləri, o cümlədən “Xalisco Yeni Nəsil Karteli” polislə şiddətli atışmalarda avtomobillərdən istifadə edir. “Körfəz Karteli” və “Şimal-Şərq Karteli” kimi qruplaşmalar isə bir-biri ilə döyüşmək üçün zirehli yük maşınlarından istifadə edirlər.

Meksika təhlükəsizlik rəsmiləri bu nəqliyyat vasitələrini “canavar” adlandırırlar, lakin onlar “kərgədan” və “narkotank” kimi də tanınırlar.

Stopnarkotik.az