Almaniyada marixuana leqallaşdırılıb

Almaniyada marixuananın leqallaşdırılması haqda qanun qəbul edilib. 

Stopnarkotik.az xəbər verir ki, Almaniyada məhdud miqdarda marixuana yetişdirilməsi və istehlakı ilə bağlı qanun layihəsi parlament tərəfindən qəbul olunub.  

Qanunda şəxsi istehlak üçün üç bitki yetişdirmək və 25 qrama qədər marixuana saxlamaq nəzərdə tutulub.

Hökuməti təşkil edən Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) hazırladığı Almaniyada marixuananın məhdud şəkildə leqallaşdırılması ilə bağlı qanun layihəsi Bundestaq tərəfindən qəbul edilib.