Məşhur ukraynalı jurnalist, televiziya şərhçisi Dmitri Qordon Belarus prezidenti Aleksandr Lukaşenkonun zəhərləndiyini iddia edib.
Bu barədə o, “Telegram” kanalında məlumat verib.
“Son olaraq demək istəyirəm: Lukaşenko ilə ehtiyatlı olun, mənə elə gəlir ki, o, zəhərlənib. Ona diqqətlə baxın”, - deyə o, yazıb.
Eyni zamanda Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin Belarus prezidentinin səhhətinin pis olduğunu bildirib. Onun sözlərinə görə, söhbət COVID-19-a yoluxmaqdan getmir və Belarus liderinin yəqin ki, istirahətə ehtiyacı var.
Qeyd edək ki, Lukaşenko artıq beşinci gündür ki, rəsmi tədbirlərdə iştirak etmir. Moskvada keçirilən 9 May Qələbə Paradından sonra o, tələsik Minskə gedib və o vaxtdan bəri Belarus lideri ictimaiyyət arasında görünmür.