Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirdi

Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Monitorinq Missiyasının "X" hesabında bildirilib.

"Aİ-nin Ermənistandakı Monitorinq Missiyası hərbi və təhlükəsizlik sahəsində baş verən hadisələr barədə məlumat vermək üçün Ermənistan-Azərbaycan sərhəd xəttində, həmçinin Zod kəndi yaxınlığında patrul xidmətini gücləndirib. Biz mandatımıza sadiqliyimizi və vəziyyətin sabitləşməsinə töhfəmizi bir daha bəyan edirik", paylaşımda qeyd olunub.