Ağdərədə növbəti dəfə yanğın başladı

Ağdərədə növbəti yanğın baş verib.

Stopnarkotik.az xəbər verir ki, yanğın hadisəsi rayonun Ortakənd kəndində qeydə alınıb.

Belə ki, quru ot və kol-kosda baş verən yanğının alovu genişlənərək dağlıq ərazidə yerləşən meşə massivində davam edir.

Hadisə yerinə qurudan FHN-nin Tərtər və Naftalan yanğınsöndürən əməkdaşları havadan Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə əməliyyatlarını davam etdirir.