ABŞ Məxfi Xidməti Ağ Evdə kokain aşkarlanması ilə bağlı araşdırmasını başa çatdırdığını bildirib.
Açıqlamaya görə, şübhəlinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Mütəxəssislər narkotikin olduğu bağlamanın üzərində barmaq izi tapmayıblar.
Həmçinin, şübhəli şəxsi müəyyən etmək üçün DNT nümunəsini təyin etmək mümkün olmayıb. Xidmətin açıqlamasında bildirilir ki, müşahidə kameralarından alınan videoyazılarda şübhəli heç nə yoxdur.
“Əsl sübut olmadan istintaq kokainin tapıldığı foyedən keçən yüzlərlə insandan şübhəli şəxsi müəyyən edə bilməyəcək. Bu səbəbdən Məxfi Xidmət istintaqı hazırda fiziki sübut olmaması səbəbindən bağlayıb”, - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, iyulun 2-də Ağ Evin foyesində içərisində naməlum ağ toz olan plastik torba aşkar edilib. Təhlükəsizlik məqsədilə prezident aparatı təcili olaraq boşaldılıb.
ABŞ prezidenti Co Bayden həmin gün ailəsi ilə birlikdə Kemp-Deviddə olub.
Analizdən sonra müəyyən edilib ki, Ağ Evin foyesində qalan çantadakı toz kokaindir./"unikal"