"Ağ Evdə tapılan kokain Baydenə və oğluna aid ola bilər" - TRAMP

“Ağ Evdə tapılan kokain yalnız ABŞ prezidenti Co Baydenə və ya onun oğlu Hanterə aid ola bilər”. 

Belə bir fərziyyəni öz sosial şəbəkəsində Amerikanın keçmiş lideri Donald Tramp irəli sürüb.

“Həqiqətən, kimsə inanırmı ki, Ağ Evin Qərb Qanadında, Oval Ofisə çox yaxın ərazidə tapılan kokain Hanter və Co Baydendən başqa kimsə tərəfindən istifadə üçün nəzərdə tutulub?”.

Eks-prezidentin sözlərinə görə,“saxta xəbər mediası” adlandırdığı Amerika mediası tezliklə yazacaq ki, bu toz ümumiyyətlə dərman deyil, aspirindir.

Xatırladaq ki, iyulun 4-də Ağ Evdə şübhəli maddənin tapıldığı bildirilmişdi. İlkin analizlər tozun kokain ola biləcəyini təsdiqləyib və əlavə analizlər aparılır.