Aeroportda 2 nəfəri qətlə yetirən şəxs xəstəxanada öldü

Kişinyov Beynəxlalq Hava Limanında silahlı insident törədən Tacikistan vətəndaşı xəstəxanada ölüb.

Bu barədə Moldova polisi məlumat yayıb.

Qeyd edək ki, insident iyulun 1-də baş verib. Məlumata görə, 43 yaşlı Tacikistan vətəndaşı Moldovaya daxil olmasına icazə verilmədiyi üçün ələ keçirdiyi silahla hava limanının təhlükəsizlik xidmətinin bir əməkdaşını və bir sərhədçini qətlə yetirib, daha bir mülki şəxsi isə yaralayıb.

Şənbə günü Tacikistanın Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, həmin şəxs iyunun 23-də Düşənbədə bank sədrinin müavinini oğurlamış mütəşəkkil cinayətkar dəstənin üzvü olan Rüstəm Aşurovdur.