Abşeronda qadın narkotacir saxlanıldı

Abşeronda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ü.Abbasova saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.