ABŞERONDA ƏMƏLİYYAT: 19 kiloqram narkotik ələ keçirildi, saxlanılan var - FOTO/VİDEO

Abşeronda avtomobildən 19 kq narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Elvin Quliyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, eləcə də 5 kiloqram heroin və metamfetamin aşkarlanıb.

E.Quliyev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BNMİ-dən növbəti əməliyyat: 19 kq narkotik vasitə aşkarlanıb (FOTO)